Prezident: İran-Rusiya hərtərəfli əməkdaşlığına dair sənədin yekunlaşdırılması üçün hazırlıqlar görülüb

Prezident: İran-Rusiya hərtərəfli əməkdaşlığına dair sənədin yekunlaşdırılması üçün hazırlıqlar görülüb

Prezident iqtisadi əlaqələrin yaxşılaşdırılması məqsədilə yol xəritəsini həyata keçirmək üçün Moskvada Rusiyanın iqtisadi fəalları ilə görüşüb və vurğulayıb ki, biz inkişafı o dərəcədə artırmalıyıq ki, başqaları siyasi və mədəni məqsədlərinə çatmaq üçün regiona sızmasın.

Ayətullah Seyid İbrahim Rəisi Rusiyaya iki günlük səfərindən sonra bu gün bir qrup iqtisadi fəal və iş adamı ilə görüşüb.

Prezident görüş zamanı Rusiyada iqtisadi fəalların fikirləri ilə tanışlığı çox dəyərli adlandırıb və deyib:

İki ölkə liderlərinin və rəsmilərinin ticarət və iqtisadiyyat sahəsində fəalların fikirləri ilə tanış olması ikitərəfli əməkdaşlıq üçün makro və strateji qərarların qəbulunda təsirli ola bilər.

Ayətullah Rəisi bildirib: Rusiya dəyərli sivilizasiya və mədəniyyətə malikdir və İran və Rusiyada əməkdaşlığı inkişaf etdirmək üçün çoxlu imkanlar mövcuddur.

Rəisi İran və Rusiya arasında əməkdaşlığın artırılması zərurətinin səbəbi kimi qonşuluq, ortaq maraqlar və düşmənləri göstərib və deyib: Ortaq maraqlardan əlavə, bizim regionda böyümə və inkişaf istəməyən ortaq düşmənlərimiz var.

İki ölkə arasında ticarətin həcminin aşağı olmasının səbəbləri ilə bağlı araşdırmaya ehtiyac olduğunu vurğulayan Prezident deyib: “Biz bu maneələri müəyyən edib aradan qaldırmalıyıq.”

Rəisi rusiyalı həmkarı ilə görüşünə toxunaraq deyib: Bu görüşdə biz ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etdik və cənab Putinlə mən razılaşdıq ki, İran və Rusiya arasında əməkdaşlıq imkanlarından daha yaxşı istifadə olunmalıdır. Şimal-cənub dəhlizi işə salınmalı və iqtisadi fəalların qarşısında duran problemlər həll edilməlidir.

Prezident İran və Rusiya arasında pul və bank sistemində dəyişiklik edilməsinin vacibliyini vurğulayıb: Bu problemi həll etmək üçün İran İslam Respublikası və Rusiyanın mərkəzi bankları hər iki ölkədə İran və Rusiya banklarının aktivləşdirilməsi ilə bağlı razılığa gələ bilərlər. belə ki, iqtisadi subyektlər asanlıqla pul mübadiləsi Və maliyyə işləmrini apara bilsinlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + nine =