Prezident Peyğəmbərin (s) mövlud mərasimində iştirak etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşar Əsəd Dəməşq məscidində Həzrət Peyğəmbərin (s.ə.a.s) mövlud mərasiminə qatılıb.
Rəsmi Suriya xəbər agentliyinin (SANA) məlumatına görə Bəşər Əsəd məğrib namazını qılmaq üçün bu axşam Dəməşqin Əl-Məzzə bölgəsindəki İmam Şafii məscidinə getmiş və Həzrəti Peyğəmbərin (s) mövlud mərasimində iştirak etmişdir.
Məlimata görə bu mərasimdə bir qrup din alimləri və bəzi Suriya siyasi rəsmiləri də iştirak etmişlər.
Əhli-sünnə mənbələrinə görə, sabah Rəbiül-əvvəl ayının on ikisi, Allah Rəsulunun (s) mövlud günüdür.