Prezidentin köməkçisi xaricə gedən Azərbaycan vətəndaşlarının hansı halda PCR testi verəcəyini açıqlayıb

Prezidentin köməkçisi xaricə gedən Azərbaycan vətəndaşlarının hansı halda PCR testi verəcəyini açıqlayıb

“Azərbaycandan çıxış zamanı, xarici ölkəyə getdikdə iki tələb mövcuddur. Bunun birincisi Azərbaycanın öz tələbi, ikincisi isə getdiyi ölkənin tələbidir”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

“Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyə ehtiyac yoxdur. Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var. Amma bununla yanaşı getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər vaksinasiya olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir. Çünki getdiyi ölkə onu qəbul etməyəcək”, – o əlavə edib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =