Prezidentin tapşırığı ilə Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərilir
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə yola düşür.
BAKU.WS bu barədə FHN-dən məlumat əldə edib.
Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb.
BAKU.WS