Psixoloji problemli insanlara görə dünya iqtisadiyyatı ildə 1 trilyon dollar itirir

Psixoloji problemli insanlara görə dünya iqtisadiyyatı ildə 1 trilyon dollar itirir

Dünyada psixi sağlamlıq problemləri olan insanların sayı koronovirus pandemiya dövründəki həddə çatıb.

Musavat.com xəbər verir ki, Financial Times bu mövzu ilə bağlı çoxsaylı araşdırmalara əsaslanaraq bu qənaətə gəlib.

ÜST və Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, hər il dünyada depressiya və narahatlıq səbəbindən 12 milyard iş günü itirilir. Bundan qlobal iqtisadiyyata dəyən zərər bir trilyon dollar qiymətləndirilir.

Qeyd olunur ki, COVID-19 pandemiyası insanların psixi sağlamlığına mənfi təsir göstərib. 2020-2021-ci illərdə dünyada 25 faiz daha çox depressiya halları qeydə alınıb və bu göstəricilər hələ 2019-cu ilin səviyyəsinə qayıtmayıb. Psixi sağlamlıq problemləri maliyyə və sığorta sahəsində çalışanlar arasında xüsusilə kəskindir.

Bu fonda dünya üzrə şirkətlər işçilərinin psixi sağlamlığına daha çox sərmayə qoymağa və onlarla bu mövzuda açıq danışmağa çağırılıb. Bu mövzuda aparılan araşdırmalar göstərib ki, problem gizlədilməyən, işçilərə zəruri psixoloji dəstək təmin olunan yerlərdə işçilər daha səmərəli işləyir və işdən çıxmırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − three =