“Putin 100 minlərlə hərbçini BADA VERƏCƏK” – “9-cu kanal”

“Putin 100 minlərlə hərbçini BADA VERƏCƏK” – “9-cu kanal”

Publika.az xəbər verir ki, bu barədə “9-cu kanal” nəşrində dərc edilən məqalənin müəllifi Aleksandr Morozov yazır.

“Putinin heç bir müharibə planı yoxdur, çünki o, elə bir vəziyyətə düçar olub ki, Ukrayna hərbçiləri getdikcə, həm də üstün taktiki xüsusiyyətləri olan silahlarla güclənir. Ukrayna ordusu bundan sonra da silahlanacaq və işğal edilən ərazilərdə dayanan Rusiyanın ordu hissələrini dənləyəcək.

Onlar raket komplekslərinə malik olaraq, dislokasiya yerlərinə, anbarlara, rabitə qovşaqlarına sonsuzluğadək zərbələr endirəcək. Rusiyanın itkiləri durmadan artacaq. Bu zaman sanksiyalar genişlənəcək, məhdudlaşdırıcı tədbirlər güclənəcək”.

Kremlin təcavüzün təkcə 2014-cü ildə işğal etdiyi ərazilərdə deyil, həm də Rusiya ilə həmsərhəd olan ərazilərdə diversiya əməliyyatlarına rəvac verdiyini bildirən müəllif artıq 2014-2015-ci illərdəki vəziyyətə dönməyin mümkün olmadığını deyir:

“Bu yaxınlarda Putinin “biz hələ heç nəyə başlamamışıq” istehza dolu bəyanatı apreldəki kimi səslənmir. Çünki Putin heç nəyə “başlaya” bilmir. Daha gözlənilməz amil yoxdur və Ukraynanın qlobal yekdil dəstəyi olduğundan bu, belədir. Ona görə də o, indi yalnız yüz minlərlə hərbçisini bada verə bilər.

Hər şeydən göründüyü kimi, Putin bu müharibədən əyilmiş qəddi və qırılmış dişlərilə çıxacaq”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − six =