Putin Ali Dini Rəhbərin məktubuna cavab verdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın Ali Dini Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti ilə Rusiyanın İrandakı səfiri Levan Caqaryan rəsmi görüş keçirmişlər. Görüşün əvvəlində Əli Əkbər Vilayati Rusiya və İranı mühüm dostlar və sabit qonşular adlandırmış və iki ölkə arasındakı ticarət, iqtisadi, mədəni əlaqələrin qədimliyini iki ölkə arasındakı strateji əlaqələrin davam etdirilməsində vacib bir amil olaraq qiymətləndirib.
İİR-nın Ali Dini Rəhbərinin müşaviri bəzi regional və beynəlxalq proseslərə toxunaraq demişdir: “Regional proseslər və məntəqədəki dəyişikliklər Tehran ilə Moskva arasında daha çox əməkdaşlıq və qarşılıqlı əlaqəyə səbəb olub.”
Görüş zamanı Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan Rusiya Prezidenti Putinin bu yaxınlarda İİR-nın parlamentinin sədri Qalibaf tərəfindən ona təqdim olunan Ali Dini Rəhbərin məktubuna cavabını da Əli Əkbər Vilayətiyə təqdim edib.