Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışıb
“Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.
“Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, – V.Putin əlavə edib.
Rusiya prezidenti üçtərəfli komissiyanın fəaliyyətinə də toxunub. Onun fikrincə, Baş nazirin müavinlərinin qatıldığı komissiyanın fəaliyyəti böyük perspektiv vəd edir: “Üçtərəfli komissiyanın gördüyü işin perspektivləri pis deyil. Doğurdan da, Rusiya da daxil olmaqla, region ölkələri problemlərin uzunmüddətli həllində maraqlıdır”.
Report