Putin Bəşər Əsədə zəng vurub: Rusiya yardım qüvvələri Suriyaya gedir

Putin Bəşər Əsədə zəng vurub: Rusiya yardım qüvvələri Suriyaya gedir

Rusiya Prezidenti suriyalı həmkarı ilə telefon danışığında bir sıra Suriya vətəndaşının zəlzələdə həlak olması ilə bağlı başsağlığı verib və bu ölkəyə yardım qüvvələri göndərəcəyini deyib.

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi günortadan sonra Suriya Prezidenti Bəşər Əsədlə telefon danışığı aparıb.

Suriya Prezidentinin ofisi bildirib ki, Putin bu zəngdə Rusiya xalqı adından bir sıra Suriya vətəndaşının ölümü ilə bağlı başsağlığı verib və Rusiyanın çətinliklərdə Suriya xalqının yanında olmağa hazır olduğunu vurğulayıb.

O, həmçinin Rusiya hökumətinin Dəməşqin bu fəlakətin öhdəsindən gələ bilməsi üçün Suriyaya yardım qüvvələri və təcili yardım göndərməyi planlaşdırdığını açıqlayıb.

Bəşər Əsəd Rusiyanın bu addımını təqdir edərək deyib: “Rusiya Federasiyasının bu mövqeyi terrora qarşı birgə barizədə Rusiyanın Suriyaya yardımı ilə yanaşı, iki ölkə və iki xalq arasında münasibətlərin dərinliyini göstərir.”

Mərkəzləri Türkiyədə olan və Rixter cədvəli ilə 7,8 bal gücündəki zəlzələ bu gün səhər saatlarında Qərbi Asiya və Şərqi Aralıq dənizi bölgəsinin bir çox bölgəsini silkələyib.

Seysmoloji mərkəzlərin məlumatları göstərir ki, bu zəlzələ Türkiyə ilə Suriya sərhədində və Türkiyənin Qaziantep şəhərindən 26 km şimal-şərqdə baş verib.

Bu zəlzələdən sonra Suriya Prezidenti ölkəyə dəyən humanitar və maddi ziyanı araşdırmaq və bununla bağlı lazımi tədbirlər görmək üçün kabinet üzvlərinin iştirakı ilə fövqəladə iclas keçirib.

Suriya Müdafiə Nazirliyi də Suriya xalqına təcili yardım göstərmək, dağıntılar altından zərərçəkənlərin çıxarılması və yaralılara yardım göstərilməsi üçün bütün əyalətlərdəki bölmə, təşkilat və qurumları səfərbər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 8 =