Putin Bəşər Əsədi təbrik edib

Putin Bəşər Əsədi təbrik edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədi təbrik edib.

Bu barədə Rusiya prezidenti Bəşər Əsədə ünvanladığı teleqramda deyib.

Suriyada 26 mayda keçirilən seçkilərdə qalib gələn prezidenti təbrik edən Vladimir Putin seçki nəticələrinin Bəşər Əsədin ölkə xalqı yanında nüfuza və rəğbətə malik olmasını göstərdiyini bildirib.

“Seçkilərin nəticələri tam şəkildə göstərdi ki, sizin ölkənizin vətəndaşlarınızın yanında siyasi ad-sanınız və inam var”, deyə Putin Bəşər Əsədi təbrik edib.

Qeyd edək ki, bundan öncə Çin Xarici İşlər Nazirliyi də Suriya hökumətini təbrik edib.

İran XİN də oxşar bəyanat verərək, dünya ictimaiyyətini suriyalıların seçiminə hörmətlə yanaşmağa çağırıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 6 =