Putin bu tarixdə Qərbə “qiyamət günü” xəbərdarlığı göndərəcək – “REUTERS”

Putin bu tarixdə Qərbə “qiyamət günü” xəbərdarlığı göndərəcək – “REUTERS”

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun Ukraynada döyüşdüyü bir vaxtda Rusiyanın əsas hərbi paradının “böyük atəş gücü”nü nümayiş etdirəcəyi vurğulanır. Paradın hava hissəsində səsdən sürətli qırıcılar və Tu-160 strateji bombardmançı təyyarələri iştirak edəcək.

Bundan əlavə, 2010-cu ildən bəri ilk dəfə İl-80 qiyamət komandiri təyyarəsi paradda iştirak edəcək. Təyyarə nüvə müharibəsi zamanı Rusiyanın ali rəhbərliyini daşımaq üçün istifadə olunur.

Belə olan halda İl-80 Rusiya prezidentinin mobil komandanlıq mərkəzinə çevrilməlidir. Təyyarə texnologiya ilə doludur, lakin konkret detallar Rusiya dövlət sirridir.

Xatırladaq ki, hərbi ekspert Mixail Jiroxov “RBC-Ukrayna”ya şərhində Putinin paraddan birbaşa Ukraynaya qoşun göndərə biləcəyini bildirib.

Qeyd edək ki, Rusiyanın ali rəhbərliyi dəfələrlə nüvə silahını tətbiqini qeyd edib. Bir gün əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin demişdi ki, Moskva yalnız cavab olaraq nüvə zərbəsi endirəcək. Bundan əvvəl oxşar bəyanat Rusiya Federasiyası Xarici İşlər Nazirliyində də verilmişdi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =