Putin: “Fələstinlilərin yaşadığı ərazi onların torpağıdır”

Putin: “Fələstinlilərin yaşadığı ərazi onların torpağıdır”

Rusiya prezidenti Vladimir Putin İsrail və Fələstin münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.

Rusiya lideri ABŞ-ın Yaxın Şərqdəki siyasətinin aşkar uğursuzluğa uğradığını diqqətə çatdırıb.

Putin diplomatik səylər və danışıqlara qayıtmaq üçün hərbi əməliyyatlardan uzaqlaşmağın vacibliyini vurğulayıb. Rusiya prezidenti xatırladıb ki, fələstinlilərin tarixən yaşadığı torpaqlar onlara məxsusdur.

O, Rusiyanın Fələstin-İsrail münaqişəsinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib, lakin hazırda gərginləşən vəziyyətin buna şərait yaratmadığını vurğulayıb. Rusiya prezidenti İsrailin Qəzzadan olan fələstinlilərin Misirə köçməsi ilə bağlı çağırışlarını da tənqid edib və bunun sülhə töhfə vermədiyinə diqqətə çatdırıb.

Rusiya lideri qeyd edib ki, nəyin bahasına olursa-olsun İsraildə münaqişəni genişləndirməkdən çəkinmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =