Putin fərman imzaladı – “Dost olmayan ölkələr”i nə gözləyir?

Putin fərman imzaladı – “Dost olmayan ölkələr”i nə gözləyir?

Publika.az xəbər verir ki, sözügedən sənəddə bu cür tədbirlərin ABŞ-ın, eləcə də digər ölkələrin Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı qanunsuz hərəkətləri ilə mübarizə aparmaq üçün zəruri olduğu izah edilir. Aydınlaşdırılır ki, xaricdə Rusiya əmlakına həbs qoyulması və ya hüquqlarının məhdudlaşdırılması halında Rusiyadakı qeyri-dost ölkələrin aktivlərinə kənardan idarəetmə tətbiq edilir.

Eyni zamanda, fərmanda göstərilir ki, müvəqqəti aktivlərin idarə edilməsinə Rusiya prezidentinin qərarı ilə xitam verilə bilər. Sənədə əsasən, müvəqqəti idarəetməyə verilməli olan xarici aktivlərin siyahısına “Unipro” və “Fortum” şirkətlərindəki səhmdarların səhmləri daxildir.

Qeyd edək ki, ABŞ Maliyyə naziri Canet Yellenin sözlərinə görə, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsi imkanlarını nəzərdən keçirir. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə müttəfiqləri ilə danışıqlar aparır.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da Kiyevə kömək üçün Rusiya aktivlərindən istifadə etmək ideyasından danışıb. O bildirib ki, Ədliyyə Nazirliyinə Rusiya oliqarxlarından müsadirə olunmuş aktivlərdən Ukraynanın bərpası məqsədilə istifadə etmək üçün yeni səlahiyyətlər verilib.

Buna baxmayaraq, ABŞ Maliyyə naziri Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə ciddi hüquqi maneələrin olduğunu etiraf edib. Yellen izah edib ki, onların kiçik miqyasda ələ keçirilməsində heç bir çətinlik yoxdur, lakin daha böyük həcmdə müsadirə olunarsa, maneələr yaranacaq.

Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Rusiya aktivlərinin müsadirəsini qanuniləşdirməyə çalışan Qərbin uğuruna şübhə ilə yanaşıb. Onun fikrincə, bu plan uğursuzluğa məhkumdur.

Publik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − four =