Putin: İran öhdəliklərini yerinə yetirir, Qərb cığallıq edir

Putin: İran öhdəliklərini yerinə yetirir, Qərb cığallıq edir

Rusiya prezidenti Qərbin sülhməramlı nüvə proqramına qarşı düşmənçilik hərəkətlərinə cavab olaraq İranla əməkdaşlığın artan inkişafına işarə edərək, İranın MAQATE-nin öhdəliklərinə sadiqliyini vurğulayıb.

Əl-Aləm telekanalının verdiyi məlumata əsasən, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iclası çərçivəsində xarici jurnalistlərin suallarını cavablandırarkən deyib: Məncə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında öhdəliklərinə tam riayət edir və onların heç bir şərti pozulmayıb.

ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planında və ya JCPOA-da İranı müdafiə edən Vladimir Putin, Amerikanın birtərəfli qaydada BƏRCAM-dan çıxdığını qeyd edərək Qərb ölkələrinin cığallıq etdiklərini deyib.

Putin daha sorna qeyd edib:  Rusiyanın mövqeyi BƏRCAM-a riayət etmək və bir-birindən əlavə öhdəliklər istəməməkdir. Biz İrandan sakitliyini qorumağı və BƏRCAM-a əməl etməyi xahiş etdik.

Putin həmçinin BƏRCAM-ın birtərəfli ləğvi barədə təccübünü gizlətməyərək deyib: Axı necə ola bilər ki, bir neçə tərəf arasında bir müqavilə bağlansın və qarşı tərəflər bu müqaviləni cırıb atsın?

Rusiya prezidenti bir daha İranın nüvə proqramı ilə bağlı Qərbin ikili mövqelərinə qarşı xəbərdarlıq tonu ilə deyib: Qərb bu prosesi davam etdirərsə, İranın da artıq öz öhdəliklərini yerinə yetirməyəcəyi ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 18 =