Putin Kiyevə qarşı “ikinci cəbhə”ni açır – YENİ PLAN nədir?

Putin Kiyevə qarşı “ikinci cəbhə”ni açır – YENİ PLAN nədir?



Lakin müharibənin ilk günündə rusların Belarus sərhədindən Ukraynaya müdaxilə etdiyi təcrübəsi fonunda indi “hücum edən niyə xəbərdarlıq edir” sualı yaranır və bu, Putinin bu istiqamətdən hələki hücuma keçməkdə tələsmədiyi ehtimalını önə çıxarır.

Ukrayna torpaqlarını yenidən ilhaq edəndən sonra Rusiya müharibəni bitirmək və masanın qurulmasına nail olmaq istəyir, lakin müharibənin ilk dövründən fərqli olaraq, hazırda Kiyevin əli daha güclüdür və rusların şərtləri ilə masaya gəlməyəcək, gəlsələr də öz şərtlərini diktə edəcəklər. Moskva istədiyini əldə etmək üçün Kiyevi müharibənin ilk dövründəki vəziyyətə salmalıdır. Və bunun üçün:

– Nüvə şantajını yenilənməklə Qərbin praktiki müdaxiləsinin qarşısını alır;
– Böyük şəhərləri bombalamaqla psixoloji təzyiq yaradır;
– Belarus üzərindən ikinci cəbhəni açmaqla Ukrayna qüvvələrini parçalayır;

Proseslər onu deməyə əsas verir ki, bu addımlar Putinin ilhaq edilən ərazilərdə möhkəmlənmək və Kiyevi masaya gətirmək planının bir hissəsidir.

Nüvə şantajı və raket hücumlarından sonra Belarusdan cəbhə açılması xəbərdarlığı da Ukraynanı danışıqlara məcbur etmək gedişi olaraq görünür. Rusiya bu planla Qərbin də mövqeyinə təsir edə biləcəyini hesablayır: Qərb cəbhəsinin Putinə qarşı birləşməsinə zəmin yaradan əsas amillərdən biri Kiyevin sona qədər dirənişidir, Ukrayna iki cəbhədə döyüşməli olarsa, bu əlavə çətinliklər yarada bilər;

İkinci cəbhə xəbərdarlığı fonunda Peskovun “Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək təklifini müzakirə edə bilər” açıqlaması da Rusiyanın atdığı addımların müharibəni bitirməyə hesablandığı fikrini gücləndirir.

Hərçənd, bu, birinci mərhələdir və Rusiyanın raket zərbələri və ikinci cəbhə xəbərdarlığı ilə Kiyevi geri çəkilməyə məcbur edəcəyi ehtimalı azdır. Bu baxımdan, Belarus üzərindən ikinci cəbhənin açılacağı gözləntisi artır və belə bir ssenaridə hadisələrin inkişafı taktiki nüvə silahından istifadəyə qədər irəliləyə bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 13 =