Putin Misir prezidentinə yardıma görə təşəkkür etdi

Putin Misir prezidentinə yardıma görə təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin və Misir Prezidenti Əbdülfəttah Sisi arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər Qəzzada son dərəcə ağırlaşan vəziyyəti müzakirə edib, dinc sakinlər arasında ölənlərin sayının artmasından ciddi narahatlıqlarını bildirib və qan tökülməsinin dərhal dayandırılmasının vacibliyini qeyd ediblər.

Tərəflər regiondakı problemin tək həll yolunun İsraillə sülh şəraitində yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılmasında olduğunu söyləyiblər.

Kreml rəhbəri Qəzzadan Rusiya vətəndaşlarının təxliyəsində Misirin göstərdiyi əhatəli yardıma görə həmkarına təşəkkürünü çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 5 =