Putin: “NATO həyasızcasına Rusiyanı aldadıb”
Qərb Rusiyaya təhlükəsizliklə bağlı təminat verməlidir.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında bildirib.
“Qərb Rusiyaya təhlükəsizliklə bağlı zəmanət verməlidir. İndi və dərhal… Təhlükəsizliklə bağlı zəmanəti bizdən tələb etməməlidir”, – Putin vurğulayıb.
Rusiya prezidenti NATO-nun bundan əvvəl Şərqə doğru genişlənməyəcəyi barədə 1990-cı illərdə verdiyi vədlərdən də danışıb: “NATO həyasızcasına Rusiyanı aldadıb”.
Apa.az