Putin: NATO-nun hərbi imkanları Rusiyaya qarşı istifadə olunur

Putin: NATO-nun hərbi imkanları Rusiyaya qarşı istifadə olunur

Rusiya Prezidenti bildirib ki, NATO ölkələrinin potensialı və hərbi imkanları bu ölkəyə qarşı fəal şəkildə istifadə olunur.

Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Müdafiə Nazirliyinin rəsmiləri qarşısında çıxışında Rusiyanın hərbi qüdrətini gücləndirməyə davam edəcəyini bildirərkən, NATO ölkələrinin potensialından və hərbi imkanlarından Rusiyaya qarşı fəal şəkildə istifadə edildiyini bildirib.

O, əlavə edib: NATO qüvvələri və onların istifadə etdiyi texnika ilə bağlı bütün məlumatlar Rusiyaya məlumdur.

 “Russia Today”in məlumatına görə, Rusiya Prezidenti daha sonra bildirib ki, o, Müdafiə Nazirliyinə NATO-nun taktikasını təhlil etməyi və Rusiya qüvvələrinin təlim proqramına daxil etməyi tapşıracaq.

Putin vurğulayıb ki, “Rusiya döyüş hazırlığını qoruyacaq və nüvə triadasını təkmilləşdirəcək – bu, ölkənin suverenliyinin əsas təminatıdır.” O, əlavə edib: Rusiya silahlı qüvvələrində pilotsuz təyyarələrin istifadəsi genişləndirilməlidir.

Rusiya ordusunda silahlar və gecəgörmə texnikası da daxil olmaqla hər şey ən yüksək səviyyədə olmalıdır. Ölkə orduya lazım olan hər şeyi təmin edir.

Putin daha sonra deyib: Rusiya Federasiyasının sualtı pilotsuz təyyarələrin yaradılması üzrə təcrübəsi var və dronları inkişaf etdirməyə qadirdir. “Sarmat” qitələrarası ballistik raketləri tezliklə döyüş missiyasına daxil olacaq.

Rusiya Prezidenti həmçinin ölkənin Ukraynadakı hərbi əməliyyatlarında iştirak edən əsgərlərə təşəkkür edib və Rusiya Federasiyasının bütün ərazilərində vətəndaşların təhlükəsizliyinə təminat veriləcəyini bildirib. Onun sözlərinə görə, “Rusiya əsgərləri əvvəlki müharibələrin, o cümlədən II Dünya Müharibəsinin qəhrəmanları kimi döyüşürlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 1 =