Putin Qərbi belə aldadıb
Publika.az xəbər verir ki, bu barədə “La Nouvelle Tribune” (LNT) yazıb.
“IEA-nın son aylıq hesabatına görə, Rusiya nefti keçən ay 64,41 dollara satılıb, bu qiymət G7-nin keçən il müəyyən etdiyi 60 dollarlıq tavanı “aşır”, – nəşrin müəllifləri detalları paylaşıb.
Məqalədə sanksiyaların tətbiqindən sonra Moskvanın neft satışından rekord gəlir əldə etməsindən bəhs olunur. Hesabatda deyilir ki, təkcə iyul ayında Rusiya xam neft və yanacaq ixracından 15,3 milyard dollar qazanıb ki, bu da əvvəlki ayla müqayisədə təxminən 20% çoxdur.
“Nəhayət, bir çox Qərb dövlətləri anti-Rusiya məhdudlaşdırıcı tədbirləri sərtləşdirsə də, Çin Xalq Respublikası (ÇXR) hələ də Rusiya ilə güclü ticarət əlaqələri saxlayır”, – jurnalistlər qeyd edirlər.
“Belə ki, Çin gömrüyü Rusiyanın neft idxalının əhəmiyyətli dərəcədə artdığını bildirib ki, bu da beynəlxalq gərginliyə baxmayaraq, Moskva və Pekin arasında etimadın artdığını göstərir”, – ekspertlər yekunlaşdırıblar.