Putin: Rusiya digər ölkələrə korona peyvəndi tədarük etməyə hazırdır
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Rusiya Prezidenti G20 sammitində çıxış edərək ölkəsinin istehsalı olan korona əleyhinə Sputnik peyvəndini digər ölkələrə tədarük etməyə hazır olduğunu söylədi.
Reuters-in məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin şənbə günü G20 sammitində iştirak edən ölkələrin liderlərinə Rusiyanın Sputnik peyvəndini ehtiyacı olan ölkələrə verməyə hazır olduğunu söylədi.
Putin Rusiyanın korona virusuna qarşı üçüncü bir vaksin hazırladığını da əlavə etdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda vaksini “təcili məhsullar” siyahısına daxil etmək üçün Rusiyanın Sputnik vaksinini hazırlayan agentliyi ilə məsləhətləşdiyini açıqladı.