Putin Rusiyanın nədən narahat olduğunu açıqladı

Putin Rusiyanın nədən narahat olduğunu açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin Ukrayna və onu dəstəkləyən dövlətlərin Rusiya sərhədi yaxınlığında hərbi fəaliyyətlərindən narahatlığını bildirib.

Putin deyib: “Onlar ilin əvvəlində Rusiya qüvvələrinin Ukraynaya müdaxiləsi barədə çox danışdılar, lakin bu baş vermədi.”

Sputnik-in məlumatına görə o, Ukrayna və onu dəstəkləyən ölkələrin hərbi fəaliyyətlərinə işarə edərək bildirib: “Rusiya öz sərhədləri yaxınlığında keçirilən hərbi manevrlərə, o cümlədən planlaşdırılmamış təlimlərə görə narahatdır.”

Rusiya prezidenti daha sonra Rusiyanın yeni səsdən sürətli roketərinin istehsalının NATO-nun son addımlarına cavab olduğunu bildirərək deyib: “Tezliklə biz Rusiyada maksimum 9 Max sürətə malik səsdən sürətli silahlarımızı təqdim edəcəyik.”

Məlumata görə, Putin həmçinin qeyd edib: “Ukraynada Moskvaya hədəflənmiş zərbə sistemləri və çevik reaksiya sistemləri müşahidə olunarsa, Rusiya buna cavab olaraq oxşar təhdidlərə əl atacaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − fifteen =