Putin: Sabahdan dost olmayan ölkələr qazın pulunu rublla ödəməli olacaqlar

Putin: Sabahdan dost olmayan ölkələr qazın pulunu rublla ödəməli olacaqlar

Rusiya Prezidenti vurğulayıb ki, dost olmayan ölkələr siyahısında olan ölkələr aprelin əvvəlindən (sabah) qazın pulunu rublla ödəməlidir.

Rusiya xəbər agentliyi Sputnik-in məlumatına görə, Vladimir Putin cümə axşamı ölkənin aviasiya sənayesinin rəsmiləri ilə görüşündə Moskvanın müqavilələrdə qeyd olunan qiymətlər və həcmlər əsasında qaz müştəriləri qarşısındakı öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb.

O deyib: “Müştərilərin qazın pulunu rublla ödəməməsi öhdəliklərin yerinə yetirilməməsi demək olacaq və bu məsələnin nəticələrinə görə özləri cavabdeh olacaqlar.”

Martın 23-də Putin Rusiyaya embarqo tətbiq edən ölkələrin qazın pulunu rublla ödəməli olacağını açıqladı, hökumətə, Mərkəzi bank və Qazprom-a qaz satışı müqavilələrini rubla çevirmək üçün bir həftə vaxt verdi.

Rusiyanın bu addımı “Yeddilik” qrupunun reaksiyasına səbəb olub və onlar Rusiyadan aldıqları qazın pulunu rublla ödəməyəcəklərini bildiriblər.

Bununla belə, Rusiyanın ən böyük qaz müştərilərindən biri olan Almaniya rublun konvertasiyası ilə bağlı tərəfləri şəffaflığa çağırıb.

Putin sərəncam imzalayıb ki, ona görə dost olmayan ölkələr Rusiya banklarında hesab açmalı və sabahdan, aprelin 1-dən etibarən ödənişlər bu hesablar vasitəsilə və rublla aparılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =