Putin: Suriyada Beynəlxalq Terror Mərkəzi məhv edildi / Əsəd: Şamın prioriteti suriyalı qaçqınları geri qaytarmaqdır

Putin: Suriyada Beynəlxalq Terror Mərkəzi məhv edildi / Əsəd: Şamın prioriteti suriyalı qaçqınları geri qaytarmaqdır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Suriyalı həmkarı ilə virtual görüş zamanı Rusiya Prezidenti Moskvanın Suriyadakı vəziyyəti normallaşdırmaq üçün səylərini davam etdirdiyini vurğulayaraq, Suriyadakı beynəlxalq terrorizmin mərkəzinin məhv edildiyini söylədi.

Rusiya Prezidenti Vladimir Putin bu gün (bazar ertəsi) Suriya Prezidenti Bəşər Əsədlə virtual görüşdə Moskvanın Suriyadakı vəziyyəti normallaşdırmaq üçün davamlı səylərini vurğulayıb.

Putin görüşün əvvəlində Moskvanın Suriyaya sülh gətirmək səylərinə toxunaraq “Rusiya Suriya Respublikasındakı vəziyyəti normallaşdırmaq, suverenliyi, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü bərpa etmək üçün səylərini fəal şəkildə davam edir.” – dedi.

Həmçinin, “Birlikdə çox şey əldə etdik və beynəlxalq terrorizmin mərkəzi yox oldu.” – deyərək Astana sammitindəki işbirliyinin təsirli olduğunu söylədi. Putin izah etdi: “İran və Türkiyədən olan tərəfdaşlarımızın iştirakı ilə Astana Zirvəsi şəklində səmərəli səylər gözardı edilə bilməz.

Birgə səylər nəticəsində Suriyada beynəlxalq terrorizmin mərkəzi demək olar ki, yox oldu, şiddət səviyyəsi xeyli azaldı, dinc bir həyat quruldu və BMT-nin nəzarəti altında hərtərəfli bir siyasi proses davam edir.”

Bəşər Əsəd bildirib: “Qaçqınların Suriyaya qaytarılması qəddar və qanunsuz mühasirəyə son qoyulmasını tələb edir.”

Suriya hökuməti Qaçqınların Dönüşü ilə bağlı Konfransın praktik nəticələrini əldə etməyə can atdığını vurğulayıb: “Zülmkar və qanunsuz mühasirəyə son qoyulmalıdır ki, Suriya hökuməti vətəndaşlarının geri dönməsini təmin edə bilsin. Qaçqınların Qayıdışı ilə bağlı Konfrans bu problemin həllinin başlanğıcı olacaq.”

Bundan əvvəl Livanın “Əl-Əxbar” qəzeti məlumatlı mənbələrə istinadən suriyalı qaçqınların geri qaytarılması ilə bağlı beynəlxalq görüşün 21 və 22 noyabrda Qazaxıstanın paytaxtı Nur Sultanda və ya Moskvada keçiriləcəyini bildirmişdi.

Buna səbəb bəzi ölkələrin rəsmilərinin konfransın Şamda keçiriləcəyi təqdirdə iştirak etməyəcəyini söyləməsi idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =