Putin Tehranda: Amerikalıları narahat edən səfər-Foto

Putin Tehranda: Amerikalıları narahat edən səfər-Foto

Putinin Ukrayna müharibəsinin ortasında Astana prosesinin qarantlarının yeddinci sammitində iştirak etmək üçün Tehrana beşinci səfəri amerikalıları narahat etdi və təbii ki, İranın cavabı belə oldu ki, iki ölkə arasında münasibətlərin Vaşinqtona heç bir aidiyyatı yocdur.

Çərşənbə axşamı, iyulun 19-u axşam Tehran ikinci dəfə Astana prosesi liderlərinin görüşünə ev sahibliyi etdi və bu toplantının yeddinci raundu Ayətullah Seyid İbrahim Rəisi, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirildi.

 Təbii ki, 11 iyul 2019-cu ildə Korona Pandemiyası zamanı İran bir dəfə bu formatda fövqəladə virtual iclasa ev sahibliyi edi.

Bu kontekstdə Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu görüşün Tehranda keçirilməsi ilə bağlı tvitter hesabında yazıb: “Bizim regionumuzun kollektiv şəkildə təhlükəsizliyin təmin edilməsi üçün saxta ittifaqlar və təsirsiz müdafiə sistemləri yerinə, regional dostluq və əməkdaşlığa ehtiyacı var. Sülh, sabitlik və ümumi inkişafa kənar şəxslərin müdaxiləsi olmadan, kollektiv dialoq və əməkdaşlıq yolu ilə nail olmaq olar.”

Bununla əlaqədar olaraq, çərşənbə axşamı, iyulun 19-u günortadan sonra Vladimir Putin bu iclasda iştirak etmək üçün beşinci dəfə Tehrana səfər edib.

O, ilk dəfə 2006-cı il oktyabrın 23-də iki günlük səfər üçün Tehrana gəlmiş və ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşməklə yanaşı, Xəzəryanı ölkələrin (Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan) ikinci sammitində iştirak etmişdir.

Putin 2014-cü ilin dekabrında “Qaz İxrac edən Ölkələr Assambleyası”nın üçüncü sammitində iştirak etmək üçün Tehrana ikinci səfərinə gəlib. 10 noyabr 2016-cı il çərşənbə günü Vladimir Putin İran, Rusiya və Azərbaycan Respublikasının üçtərəfli görüşündə iştirak etmək üçün üçüncü dəfə Tehrana səfər edib. Rusiya Federasiyasının prezidenti 2022-ci il iyilun 19-da Astana prosesinin üçtərəfli (İran, Türkiyə və Rusiya) iclasında iştirak etmək üçün Tehrana gəldi.

Rusiya Federasiyasının prezidenti Tehrana gəldikdən sonra dərhal prezident aparatına gedərək Ayətullah Rəisi ilə görüşüb. Bu görüşdə iki ölkə arasında son dövrdə nəzərəçarpacaq dərəcədə inkişaf edən münasibətlərin son vəziyyəti nəzərdən keçirilərkən, tərəflər ikitərəfli münasibətlərdə, xüsusilə iqtisadiyyat, təhlükəsizlik, infrastruktur, enerji sahələrində sıçrayışdan məmnunluqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =