Putin və Bayden nüvə müharibəsindən danışdılar

Putin və Bayden nüvə müharibəsindən danışdılar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və ABŞ prezidentləri arasında İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdən sonra iki lider ortaq bir bəyanat yayıblar.

Armenpress xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda bildirilib: “Biz, ABŞ Prezidenti Cozef R.Bayden və Rusiya Prezidenti Vladimir Putin qeyd edirik ki, ABŞ və Rusiya sübut etdi ki, münasibətlərin gərgin dövründə belə qarşılıqlı proqnozlaşdırıla bilən strateji hədəflər çərçivəsində, hərbi qarşıdurma və nüvə müharibəsi təhlükəsini azaltmaqda irəliləyişlər əldə edə bilərlər.”

Bu bəyanatın digər hissəsində deyilir: “New START” müqaviləsinin son yenilənməsi nüvə silahlarına nəzarət öhdəliyimizin bir nümunəsidir. Bu gün biz nüvə müharibəsinin qələbəyə malik olmaması və belə bir müharibənin əsla aparılmaması prinsipini bir daha təsdiqləyirik.”

Bu bəyanatın sonunda belə qeyd olunub: “Bu hədəflərə uyğun olaraq, ABŞ və Rusiya yaxın gələcəkdə sabit və strateji ikitərəfli dialoqa başlayacaqdır. Bu dialoqlar vasitəsilə silahlara nəzarət tədbirlərinə yol açmağa və gələcək təhdidləri azaltmağa çalışacağıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + eighteen =