Putin və Lukaşenkodan KRİTİK QƏRAR: Donbasdakı vəziyyətlə əlaqədar…

Putin və Lukaşenkodan KRİTİK QƏRAR: Donbasdakı vəziyyətlə əlaqədar…

Publika.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Rusiya və Belarus fevralın 10-da başlayan “Müttəfiqlərin qətiyyəti-2022” hərbi təlimləri çərçivəsində İttifaq dövlətinin reaksiya qüvvələrinin təlimlərini davam etdirməyi qərara alıblar. 

Belarusun Müdafiə naziri Viktor Xrenin bildirib ki, İttifaq dövlətinin xarici sərhədləri yaxınlığında hərbi aktivliyin artması və Donbasda vəziyyətin gərginləşməsi səbəbindən təlimlər davam etdiriləcək. Qərar iki ölkənin prezidentləri tərəfindən qəbul edilib.

Xreninin sözlərinə görə, məqsəd dəyişməz olaraq qalır: “Ümumi sərhədlərimiz yaxınlığında adekvat cavabın təmin edilməsi və mənfi niyyətlilərin hərbi hazırlıqlarının deeskalasiyası”.

Qeyd edək ki, fevralın 10-dan 20-dək “Müttəfiqlərin qətiyyəti-2022” adlı Rusiya-Belarus birgə təlimləri keçirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + fifteen =