Putinin iqamətgahına iki PUA ilə hücum olub

Putinin iqamətgahına iki PUA ilə hücum olub

Bu gecə pilotsuz uçuş aparatları vasitəsilə Kremlin Prezident İqamətgahına hücum cəhdi olub.

BAKU.WS xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, iki pilotsuz uçuş aparatı Kremlə yönəldilib.

Hərbçilər və xüsusi təyinatlılar tərəfindən radar döyüş sistemlərinin tətbiqi ilə vaxtında görülmüş tədbirlər nəticəsində PUA-lar sıradan çıxarılıb.

Kremldən bildiriblər ki, PUA-ların vurulması zamanı parçalarının səpələnməsi nəticəsində ölən və maddi ziyan olmayıb.

Rusiyanın Prezident iqamətgahına hücum planlaşdırılan terror aktı kimi qiymətləndirilib.

Son məlumata görə, Vladimir Putinin iş qrafiki dəyişməyib, həmişəki kimi davam edir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =