Qəzzədə yüzdən çox məscid dağılıb
Sionist İsrail rejimi ordusunun Qəzzə zolağına hücumu nəticəsində indiydək 104 məscid və 3 tarixi kilsə məhv edilib.
HƏMAS-ın məlumatında bildirilib ki, əməliyyatlar zamanı çoxsaylı tarixi abidəyə zərər dəyib.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri qaniçən İsrail rejiminin vandallığını ermənilərin işğal zamanı Qarabağ və ətraf rayonlardakı vandallığı ilə müqayisə edir, işğalçıların oxşar xislətə malik olduqlarını deyirlər.
Ötən əsrin 90-cı illərində ermənilər Azərbaycan müsəlmanlarının 67 məscidini və 192 ziyarətgahını yerlə yeksan etmişlər.