Qəzza zolağında HƏMAS dağılmaq ərəfəsindədir – İsrail müdafiə naziri
Qəzza zolağında Fələstinin “HƏMAS” hərəkatının strukturu dağılmaq ərəfəsindədir, onun silahlı tərəfdarları getdikcə tez-tez əsirliyə təslim olurlar.
Bu barədə İsrail müdafiə naziri Yoav Qalant deyib.
“Biz döyüşlərdə irəliləyirik, nailiyyətlərimizi dərinləşdiririk. Biz HƏMAS-ın Cəbəliyyə və Əş-Şücaiyyədəki son qalalarını mühasirəyə almışıq, məğlubedilməz hesab edilən, illərlə bizimlə döyüşməyə hazırlaşan batalyonlar dağılmaq ərəfəsindədir”, – deyə nazir mətbuat konfransı zamanı bildirib.
Y.Qalantın sözlərinə görə, son vaxtlar Qəzzada getdikcə daha çox “HƏMAS” tərəfdarları İsrail ordusuna təslim olurlar.