Qəzzada 70 girov ölüb – Suç İsraildədir
Qəzza zolağında İsrail qüvvələrinin anklav ərazilərinə hücumları nəticəsində HƏMAS hərəkatı tərəfindən əsir götürülən azı 70 girov ölüb.
“İzvestiya” xəbər verir ki, bunu martın 1-də hərəkatın hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadasının nümayəndəsi Əbu Übeyd deyib.
“Biz təsdiq edirik ki, İsrail ordusunun Qəzza zolağındakı hərəkətləri nəticəsində öldürülən girovların sayı 70-i keçə bilər”, – Əbu Übeyd Teleqram kanalında bildirib.
O, əlavə edib ki, radikal Fələstin hərəkatının üzvləri həmişə girovların həyatını qorumağa çalışıblar, lakin İsrailin hərbi qüvvələrinin bombardmanı “düşmən rəhbərliyinin öz əsirlərini qəsdən öldürdüyünü” göstərir.