“Qəbələ” “Neftçi”ni məğlub edib 4-cü pilləyə yüksəldi

“Qəbələ” “Neftçi”ni məğlub edib 4-cü pilləyə yüksəldi

Publika.az xəbər verir ki, turun son matçında “Qəbələ” “Neftçi”ni qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə penaltidən İsnik Alimi vurub.

İlk hissənin sonlarında insident baş verib. Buna paytaxt klubunun müdafiəçisi Mamadu Mbocun “Qəbələ”nin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub. Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.

Matçın sonlarında isə azarkeşlər meydana fişəng atıblar. Bu səbəbdən görüş qısa müddətdə dayanıb. “Neftçi”nin qapıçısı İvan Brkiç fişəngi kənara çıxardıqdan sonra oyun davam edib.

Bu qələbə ilə xallarını 41-ə çatdıran əyalət təmsilçisi yenidən 4-cü pilləyə yüksəlib. Gümüş medalları təmin edən “ağ-qaralar” isə 50 xalla 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” səfərdə “Səbail”i, “Sumqayıt” “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib, çempion “Qarabağ” isə evdə “Zirə” ilə sülhə razılaşıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + five =