“Qəbələ” polşalı qapıçı ilə danışıqlara başlayıb

“Qəbələ” polşalı qapıçı ilə danışıqlara başlayıb

Konfrans Liqasına hazırlaşan “Qəbələ” heyətinə qapıçı cəlb etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi Karol Niemçikin xidmətində maraqlıdır.

 “Qırmızı-qaralar” ötən mövsüm “Krakoviya”nın qapısını qorumuş 24 yaşlı çərçivə qoruyucusunu transfer etmək istəyir. Karol karyerası ərzində “Breda”da da forma geyinib.

Polşanın U-20 və U-21 millilərində oynamış futbolçu ilə danışıqlara start verilib. “Qəbələ” transferi yaxın müddətdə gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, Karol ötən mövsüm Polşa çempionatında 31 oyun keçirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =