Qəbələ sakini “Ginnesin rekordlar kitabı”na adını yazdırmağa hazırlaşır-Video

Qəbələ sakini “Ginnesin rekordlar kitabı”na adını yazdırmağa hazırlaşır-Video

Qəbələnin Çuxur Qəbələ kənd sakini Firavan Məmmədyarov yaşadığı kənddə yenilikçi bağban kimi tanınır.

Yerli sakinlərin “Azərbaycanın Miçurini” adlandırdıqları bağban xırda boylu — cırtdan ağaclar yetişdirib və həmin ağacların üzərində artıq yeni tumurcuqlar və güllər var.

Firavan kişi deyir ki, indiyə kimi bir gövdənin üzərində 100-dən çox alma növünü calaq etməsi onun üçün rekord sayıla bilər.

Hazırda Firavan Məmmədyarovun bağında 2 mindən artıq meyvə ağacı var ki, onlardan 300-dən çoxu fərqli növ meyvələrdir. Bağda seleksiya edilmiş yüzlərlə alma, armud, şaftalı və tut ağacına rast gəlmək olar.

Bağban tərəvəz bitkilərində də seleksiya aparıb. Ötən il 1 ədəd pomidor tağı üzərində 3 fərqli sort yetişdirən bağban indi bu sayı 5-ə çatdırmağı qarşısına məqsəd qoyub.

Müsahibimiz hazırda özünün sənət əsəri adlandırdığı yeni iş üzərində çalışdığını deyir. O bildirir ki, Gürcüstandan həmkarı gələcək və onlar birgə olaraq hələlik sirr olaraq saxladıqları növbəti seleksiyanı edəcəklər. Firavan kişi deyir ki, həmin qeyri-adi yeniliyi etdikdən sonra “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün müraciət edəcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 4 =