Qəbilə liderləri Ənsarullah lideri ilə görüşdü

Qəbilə liderləri Ənsarullah lideri ilə görüşdü

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənin Mərib əyalətindəki Cəbəl Murad qəbilələrindən ibarət nümayəndə heyəti Ənsarullah lideri Əbdülməlik əl-Husi ilə görüşüb.

Əl-Məsirə xəbər telekanalının verdiyi məlumata görə, Əl-Husi bu qəbilələri Yəmənin müxtəlif bölgələrində təhlükəsizlik, sülh və sabitliyi təmin etməyə və daxili problemləri həll etmək üçün həmkarlıq etməyə çağırıb.

Ənsarullah lideri bu qəbilələrə işğalçı Səudiyyə-Əmirlik koalisiya qüvvələrinə qarşı olduqlarına görə təşəkkür edib.

O, əlavə edib ki, ictimai maraq, şərəf və ləyaqət xarici ekspansionizm və Yəmən üzərində xarici istismara qarşı əməkdaşlıq, anlayış və müqavimətdir.

Ənsarullah lideri qeyd edib ki, Cəbəl Murad qəbilələrinin Yəmənə dəstək verməsi vətənpərvər, cəsarətli, azad və şərəfli bir qərardır.

Əl-Hüsi həmçinin bildirib ki, təcavüzkar koalisiya sıralarında olan hər kəs ölkəsinə zərər vurur.

Bundan əlavə Əl-Abdiya, Mərib və Şəbva şəhərlərinin qəbilələrindən ibarət nümayəndə heyətləri noyabrın əvvəlində Ənsarullah hərəkatının lideri ilə görüşüb. Görüş zamanı əl-Husi əl-Abdiyadakı məhbusların azad edilməsi barədə göstəriş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + sixteen =