Qədir Xum hadisəsinin bu günkü cəmiyyət üçün mühüm mesajları var

Qədir Xum hadisəsinin bu günkü cəmiyyət üçün mühüm mesajları var

“Qədir Xum hadisəsi sadəcə tarixi bir hadisə deyil, əziz İslam Peyğəmbərinin son həccdə Uca Allahın əmri ilə insanlara vacib xəbərləri çatdırdığı böyük bir hadisə idi.”

Bu fikirləri İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli. Purmərcan deyib.

Mədəniyyət Mərkəzinin sədri qarşıda gələn Qədir-Xum bayramı münasibətilə fikirlərini belə bölüşüb:

“Qədir Xum hadisəsi sadəcə tarixi bir hadisə deyil, əziz İslam Peyğəmbərinin son həccdə Uca Allahın əmri ilə insanlara vacib xəbərləri çatdırdığı böyük bir hadisə idi və bu xəbərlər olduqca əhəmiyyətli idi. Bu hadisənin özəlliklərini aşağıdakı kimi sadalamaq olar:

1- Bu xəbər Peyğəmbərə vəhy yolu ilə nazil oldu, lakin Peyğəmbər (s) onu uyğun bir fürsətdə çatdırmaq üçün saxladı və Allah buyurdu: “Ey Peyğəmbər, sənə əvvəldən nazil olan xəbərləri çatdır.”

2- Bu xəbər o qədər vacibdir ki, Peyğəmbər bunu etməsə və insanları xəbərdar etməsə, sanki Allahın tapşırığını yerinə yetirməmişdir.

3- Bu xəbər o qədər əsasdır və təməl prinsiplidir ki, Hz.Peyğəmbər belə, bəzi insanlar tərəfindən asanlıqla qəbul olunmayacağından qorxur və buna görə də Allah buyurur: “Allah Səni insanlardan qoruyacaq”.

4- Bu xəbər o qədər böyükdür ki, Həzrət Peyğəmbər öz dövrünün ən böyük dini icmasında, yəni vida ziyarətində olan insanlarla bölüşmək istəyir ki insanlar bunu maksimum eşitsin və başqalarına məlumat versinlər.

Bu xəbər nə olursa olsun, Həzrət Peyğəmbərin uzun müddətdir bir tapşırığı izlədiyini və bu missiyanı başa çatdırmaq istədiyini göstərir və bu xəbərin elanı ilahi vəhy ilə edilir və o qədər vacibdir ki, ayədə buyurur bu mesajı yerinə yetirməsəniz vəzifəniz bitmiş sayılmaz və bunun mənası  Həzrət Peyğəmbərin vəzifəsinin davam etməsi və İslam Peyğəmbərinin peyğəmbərliyinin diri qalması bu xəbərin elan edilməsinə bağlıdır.

Qədir Xumda qaldırılan məsələ, Peyğəmbərin vəfatından sonra imamət və rəhbərliyi məsələsidir, əgər Qədir olmasaydı, imamət və vilayət məsələsini müzakirə etmək çox çətin olardı.  Hadisənin həqiqəti budur ki, Peyğəmbərdən sonra imam Əli (ə ) islam ümmətinin rəhbərliyini öz üzərinə götürməli idi.

Qədirin tarixi hadisəsi, Hicri 10-cu ildə İslam Peyğəmbərinin həcci yerinə yetirməsi , minlərlə mühacir və ənsarın bu səfərdə onu müşayiət etməsi və Qədir Xum adlı bir əraziyə çatdıqlarında hər kəsə dayanmasını söyləməsi idi. belə ki, çatmaq üçün arxada qalan bəzi insanlar və hamı toplandıqda təxminən iki saat davam edən bir xütbə oxudu və qısaca “Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır … Xütbədən sonra Əliyə (ə) beyət etmələrini istədi. Bu beyət üç gün çəkdi.  Hamı Əlinin yanına gəlir onu təbirk edirdilər.. Həzrət orada olan mühacir və ənsar qadınlarının da beyət etməsinə israr etdi olar da əllərini suya salmaqla beyətlərini bildirirdilər.  

Qədir hadisəsi tamamilə tarixi bir hadisə deyildi. Həzrət Peyğəmbərimiz tərəfindən vacib bir məsələ olaraq bildirilsə də, bu hadisənin uzun bir tarixi əngəli var və Həzrət Peyğəmbərin həyatı boyunca baş verməli olan bir sıra hadisələr və Qədir hadisəsindən sonra baş verən hadisələrdə insan üçün dərsləri var.  Qədirin mesajları bütün insanlar üçün dəyərlidir və bu mesajları anlamaq bugünkü insan problemlərini həll etməyə kömək edə bilər.

Mövzunu uzatmamaq üçün zehnimə gələn məqamları qısaca qeyd edirəm:

1- Peyğəmbərin imamlığı və varisi məsələsi o qədər yüksək bir məqama sahibdir ki, heç kimə asanlıqla verilə bilməz. İslamın Müqəddəs Peyğəmbəri Əlinin (ə) İslam dinini qəbul etdiyi və Peyğəmbərə kömək etdiyi ilk günlərdən etibarən Allah Peyğəmbərinin vəliəhd paltarına sahib olma haqqını göstərdi və Hz. bununla bağlı bir neçə gizli işarələr etmişdir. Əlinin Allah Peyğəmbəri ilə cihad və döyüşlərdə olması, Peyğəmbərin yatağında yatması, Peyğəmbərin təhlükəsizliyini qorumaq üçün onun yerində yatması; və … bunların hamısı Əli (ə) -ın xələf qəbul etmək üçün bilik, təqva, cəsarət və müdrikliyini göstərdi, lakin bu vəzifə çox böyük olduğu üçün Həzrət Peyğəmbər bunu Allahın vəhyinin təsdiqlənməsi ilə şərtləndirdi.

2- Həzrət Peyğəmbərin (s) ömrünün son aylarında mühacirlər, ənsar, bəni Üməyyə və s. arasında Peyğəmbərdən sonra güc qazanmaq pıçıltıları var idi və hətta gizli şəkildə buna nail olmaq üçün sui-qəsd qurdular. Bunun səbəbi İmam Əlini Qədir Xumdakı Allah Rəsulunun canişini olaraq tanıdıqdan sonra da bəzilərinin bunu qəbul etməməsi və başqalarını təqib etməsi oldu və bu göstərir ki, dünyaya olan sevginin bütün insanlar arasında qısqanclığın, hətta dini yönlü olanlarda da var  və dini hədəflərə ürəklərindən yapışmasalar, ilahi yoldan çıxa bilərlər.

3- Həzrət Peyğəmbər yaxşı bilirdi ki, İslam ordusu arasındakı şeyxlər və İslamı qəbul etmiş bir çox insan hamısı səmimi deyillər və bəziləri güc, bəziləri var-dövlət və bəziləri qorxu xatirinə və hətta münafiqlər də müsəlman ordusuna girmişlər və onun ölümündən sonra onu əvəz etmələrini asanlıqla qəbul etməyəcəklər. Buna görə də, eyni ildə bir neçə iş həyata keçirdi ki, bunların bariz nümunəsi hamının Məkkəyə doğru hərəkət etməsini əmr edən 17 yaşlı Usamə bin Zeydin komandanlığı altında bir ordu qurması idi. lakin bir neçə müharibədə olan bəzi şeyxlərin qüruru buna icazə vermədi və bu əmrə tabe olmamaq üçün hər cür hiyləyə əl atdılar. Ömrünün sonlarında Həzrət Peyğəmbər, hökumətin yalnız şeyxlər üçün deyil, həm də gənclər üçün olduğunu sübut etmək istədi. İkincisi, əmr və hökm daha çox hikmətə, təqva və biliyə sahib olan birinə aiddir və … bununla ölümündən sonra Əliyə daha az təzyiq göstərə bilər və gənc yaşını göstərməyib onu rədd etməzlər. Təəssüf ki, bu Peyğəmbərin vəfatından sonra bu edildi və dedilər ki, Əlinin hər şərtlə uyğundur, amma cavandır ….

4- İmam Əli bu hərəkətlə qarşılaşdıqda və Səqifə rəhbərlərinin insanların əksəriyyətini özünə cəlb etdiyini gördükdə, Peyğəmbərdən sonra canişin olmağa hamıdan daha layiq olduğunu bilsə də, insanların rəyini özü ilə görmədiyi üçün gözlədi ki xalqın ondan soruşsun və haqqını versin.

İmam Əlinin bizim üçün apardığı hərəkətlərin böyük siyasi dərsi budur ki, bu gün siyasi sahədə hökumətlərin legitimliyini qanunlardan və məqbul olmalarını xalqdan qəbul etdiklərini söylədikdə, bunun əsası İmam Əlinin 1400 ildən çox tarixi olan demokratiya ideyalarından qaynaqlanır.  İmam Əlinin yanında ilahi və dini bir qanunauyğunluğa sahib olmasına və iddia edib mübarizə aparmasına baxmayaraq, insanları yanında görmədiyi üçün 25 il gözlədi və İslam hökumətinin iki qanadının yəni qanunilik və qəbul etmə kamil olduqda höğkumət təşkil etdi və dini vilayət və imamətin əsasını qoydu. 

5- Qədir tarixindən imamət mövzusunun Həzrət Peyğəmbərin vəzifəsinin təkmili olduğunu, Quran ayələrinin və Həzrət Peyğəmbərin kəlamlarının təfsirini və hidayət  yolunu getdiyini başa düşürük.  Bu cəmiyyətdəki həqiqət budur ki insan rəhbərliyi Əli İbn Əbi Talibin bu məsuliyyəti daşıya bilən bir insan olduğunu bildirir və bu səbəbdən də Peyğəmbər özündən sonra bu vəzifəyə Əlidən daha ağıllı, ədalətli və bilikli bir insan tapa bilmədi, əks halda Peyğəmbərin tapşırığı çətinliyə düşərdi və işin ortasında çətinlik ola bilərdi.

6- İmamların Qədir haqqında və bu günün böyüklüyünü göstərən bir çox rəvayət və hədisləri vardır. İmam Rza bu bayramda oruc tutmağın tövsiyə olunduğunu və kimsə oruc tutarsa, sanki Allahın bir milyon peyğəmbərini yedizdirdiyini və bu günün böyüklüyünə işarə etdiyini Əli İbn Əbu Talibdən nəql edir .

7- Şiəliyin, Vilayətin və İmamətin Qədir kökündən gəldiyinə inanırıq və bu çox böyük bir bayramdır. Çox təəssüf ki, İslam cəmiyyətlərində hətta şiə cəmiyyətlərdə belə buna az əhəmiyyət verirlər. Qədir xoşbəxtlik günü, vilayət və imamət günü, Peyğəmbərin üç gün üst-üstə İmam Əliyə beyət aldığı gündür. Niyə kifayət qədər şadlıq etmirik? İmamət işinin başlanğıcı Qədirdir. 10 gün Aşura günü üçün yas tuturuq və neçə gün əvvəldən onun üçün proqram hazırlayırıq ancaq Qədir xum üçün xüsusi şadlıq proqramı hazırlamırıq və buna görə də Qədir Xum tarixi müsəlman ailələri üçün qərib qalmış və tanınmamışdır.

8- Müsəlman gənclər Qədirin tarixini bilməlidir, Qədir xütbəsini bilməli, Qədirlə əlaqəli ayələri bilməli, vəhylərini oxumalı və mövcud şərtlərə uyğunlaşdırmalıdırlar. Bu hadisə Peyğəmbərin ölümündən sonra üçün deyil, bütün dövrlərlə əlaqədardır və bu səbəbdən həm Peyğəmbər (s) həssas idi, həm də Uca Allah onu dinin kamilliyi kimi təqdim edir və Əlinin vilayət və imamət  mesajı ilə İslam dininin bu gün tamamlandığını söyləyir. Bu gün dininizi tamamladım və  İslamı sizin üçün seçdim. Dinin hər zaman və insan həyatı ilə əlaqəli olduğu üçün Tanrı dinini tamamlayan İmamət və Vilayət bütün dövrlər üçündür, bu səbəbdən İslam cəmiyyətləri, xüsusilə gənclər, buna xüsusi diqqət yetirməli və özlərinə şadlıq günləri etməlidirlər.

9- Qeyd etmək lazımdır ki, Qədiri davamlı sübut etməyə çalışmamıza ehtiyac yoxdur, ancaq onu izah etmək çox faydalıdır. Xalis insanların qəlbi Qədir həqiqətinin yuvasıdır və bu tarixi hadisənin sadəcə ifadəsi ürəkləri ona  tərəf aparır.

10 – Müsbət və ağlabatan bir hərəkətlə Qurban bayramı ilə Qədir Xum bayramı arasındakı günlərə vilayət və imamət ongünlüyü adı verildi və bu mübarək bir şeydir, çünki hər ikisinin də missiyası oxşardır və bunlar bir-biri ilə yaxından əlaqəlidirlər. Təhsil, din, mədəniyyət və tarix professorları bu mövzuya aydınlıq gətirib  danışa bilərlər.

Sonda bu möhtəşəm imaməti, vilayət və Qədir bayramı münasibətilə bütün dostlarımı, Azərbaycanda və İranda yaşayan azad insanları təbrik edirəm.”

Q.Əli. Purmərcan

İİR-in Azərbaycandakı Səfirliyinin

Mədəniyyət Mərkəzinin sədri

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + two =