Qəhvənin qiyməti tarixi zirvəyə çatdı

Qəhvənin qiyməti tarixi zirvəyə çatdı

Qəhvə ilin ən çox tələbat olan məhsullarından birinə çevrilib. Qlobal qıtlıq ehtimalı səbəbindən qiymətlər rekord səviyyəyə yüksəlib.

“Bloomberg”in verdiyi məlumata görə, Nyu-Yorkda arabika növü qəhvənin fyuçersləri bir funt (0.45 kq) üçün 3.44 dollara satılır. Bu, 1977-ci ildə qeydə alınmış əvvəlki tarixi maksimumu geridə qoyub.

Qiymət artımının əsas səbəbi Braziliyadakı quraqlıqdır. Bu təbii fəlakət səbəbindən yaxın gələcəkdə qəhvə tədarükünün azalacağı gözlənilir. Bundan əlavə, Vyetnamda daha ucuz olan robusta növünün istehsalına da hava şəraiti mənfi təsir edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =