Qərb kəşfiyyat xidmətləri ilə İŞİD arasında Suriyaya qarşı yeni razılaşma

Qərb kəşfiyyat xidmətləri ilə İŞİD arasında Suriyaya qarşı yeni razılaşma

Sizinyol xarici kiv-ə istinadən xəbər verir ki, media mənbələri İŞİD-lə mübarizə apardığını iddia edən Qərb kəşfiyyat xidmətlərinin, adı beynəlxalq terrorizm siyahısında olan bu terror təşkilatının liderləri ilə bir sıra görüşmələrdə Suriyada terror hücumları həyata keçirmək barədə razılığa gəldiklərini açıqlayıb.

Etibarlı məlumata görə, bu ilin əvvəlindən ABŞ, Fransa, İngiltərə və bəzi məntəqə ölkələrinin kəşfiyyat xidmətlərinin nümayəndələri Suriyanın cənub-şərqindəki Amerikanın işğalı altında olan Əl-Tənf bölgəsində, eləcə də Suriyanın bəzi qonşu ölkələrində İŞİD və digər terror qruplaşmalarının rəhbərlərinin iştirakı ilə bir sıra görüşlər keçiriblər.

Mənbənin verdiyi məlumata görə, görüşlərdə Suriya hökumət qüvvələrinə, İrana yaxın silahlı qruplara və Suriyadakı Rusiya hərbi bazalarına hücumların artması məsələsi də müzakirə edilib.

Bu etibarlı mənbə terror hücumlarını həyata keçirmək üçün İraqdan köçürülən və Fərat çayının qərbində yerləşən kürdlərin nəzarətində olan bölgələrdəki həbsxanalardan və müvəqqəti saxlama düşərgələrindən azad edilən İŞİD silahlılarından istifadə olunacağını da əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 4 =