Qərb Sahili; Cenindəki evlərdə partlayışlar və düşərgələrin şiddətli mühasirəsi

İşğal ordusunun Qərb Sahilinin şimalındakı hərbi əməliyyatlarının 17-ci günündə Cenin düşərgəsində pilotsuz təyyarələrlə evləri bombardman edir.
Sizinyolun bu gün (6 fevral) xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, İsrail ordusunun İordan çayının qərb sahilinin şimalına qarşı genişmiqyaslı təcavüzü ardıcıl 17 gündür ki, davam edir və Cenin şəhəri və düşərgəsindən digər bölgələrə yayılıb.
Bununla əlaqədar olaraq işğalçı rejim ordusu ardıcıl 4-cü gündür ki, İordan çayının qərb sahilinin şimalında yerləşən Tamun qəsəbəsi və Tubasın cənubundakı Əl-Fəra düşərgəsini hədəf alır və qəsəbədə 48 saatlıq komendant saatı elan edilib.
Yerli qaynaqlar Əl-Cəzirə telekanalına bildiriblər ki, işğalçı qüvvələrin İsrail ordusunun mühasirəsi və geniş hərbi əməliyyatları səbəbiylə fəlakətli humanitar vəziyyətdən əziyyət çəkən Tamoun bölgəsini dron hücumu ilə hədəf aldığını, Təmunda onlarla ailənin mühasirədə qaldığını və kömək istədiklərini bildirib.