Qərb Sahilində Sionistlər onlarla fələstinlini yaraladı və bir əlil fələstinli şəhid oldu

Qərb Sahilində Sionistlər onlarla fələstinlini yaraladı və bir əlil fələstinli şəhid oldu

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İsrailin İordan çayının qərb sahilindəki hücumunda onlarla fələstinli yaralandı və bir əlil şəhid oldu.

İsrail qoşunları cümə günü (11.12.2020) Qərb Şəriyədəki kənd və qəsəbələrdə təcavüzlərini davam etdirərək, məskunlaşmaya etiraz edən Fələstin etirazçılarını atəşə tutdu.

Rəsmi Fələstin xəbər agentliyi Vəfa-ya görə, onlarla fələstinli zəhərli qazları tənəffüs edərək boğulmağa məruz qalıb və yaralanıb.

Digər tərəfdən, 16 avqustda Sionist əsgərlərin güllələrindən ağır yaralanan 56 yaşlı Əbdünnasir Vəlid Həlavə aldığı yaralar ağır olduğu üçün şəhid oldu.

Fələstinli şəhidin qardaşı Fatin Həlavə Əbdünnasirin uşaqlıqda yüksək qızdırma səbəbiylə eşitmə və danışma qabiliyyətini itirdiyini və hazırda üç uşağının qaldığını bildirib.

Əbdünnasir avqust ayında Qüdsdə yaşayan bacısını ziyarət etmək və Məscidi-Əqsada namaz qılmaq üçün evindən ayrıldığını və Qələndiyə nəzarət nöqtəsinə ona atəş edildiyini də əlavə etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =