Qərb Sahilində yeni əməliyyatlar: 3 sionist yaralanıb

Qərb Sahilində yeni əməliyyatlar: 3 sionist yaralanıb

İordan çayının qərb sahilinin cənubunda üç sionist mhacir fələstinli qrupların hücumuna məruz qalıb və onlardan birinin vəziyyəti kritikdir.

Sionist mediası bu gün səhər (bazar günü) İordan çayının qərb sahilinin cənubundakı “Yafu” nəzarət-buraxılış məntəqəsində baş verən atışma barədə məlumat yayıb.

Hər tərəfdən sionist rejimin nəzarəti və mühasirəsi altında olan İordan çayının qərb sahili son bir ildə və xüsusilə də son aylarda bu rejim üçün çox ciddi problemə çevrilib. Elə bir həftə yoxdur ki, sionist ünsürlərə qarşı bir və ya bir neçə hərbi əməliyyat həyata keçirilməsin.

Sionist rejim televiziyasının 14-cü kanalının xəbərinə görə, bu əməliyyat zamanı bir sakin sinəsindən yaralanıb və əməliyyatın icraçısı tez bir zamanda məkanı tərk edib. Eyni zamanda sionist televiziyası əməliyyatın icraçısının yüksək sürətlə hərəkət edən avtomobildən mühacirlərə atəş açdığını bildirib.

Bəzi sionist mənbələr yaralıların sayının iki olduğunu, onlardan birinin vəziyyətinin kritik olduğunu bildirib. Bir neçə dəqiqə sonra İsrail ordusu qısa açıqlama verərək bu əməliyyatda 3 mühacirin yaralandığını və bu rejim qüvvələrinin əməliyyatın icraçısını təqib etdiyini açıqlayıb.

Kan kanalı xəbərinin davamında bu əməliyyatın bir qrup tərəfindən həyata keçirildiyini, onlardan birinin maşından düşərək mühacirlərə atəş açdığını qeyd edib.

Bir neçə dəqiqə sonra Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq Səlmi bu əməliyyata cavab olaraq deyib:

Müqavimətin Beyti-Ləhmdəki Yafu nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı cəsur əməliyyatlarını təbrik edir və bunu işğalçı ordunun, mühacirlərin cinayətlərinə və onların Əl-Əqsa məscidinə qanunsuz daxil olmasına təbii və qanuni cavab hesab edirik.

Fələstin İslami Müqavimət Hərəkatını (HƏMAS) sözçüsü Əbdüllətif Qanu da təbrik etməklə yanaşı bildirib ki, bu əməliyyat İordan çayının qərb sahilində müqavimətin davam etdiyini və bütün şəhər və düşərgələrdə işğalçılara öz hücumları ilə cavab verdiyini göstərir.

Sionist rejimin fələstinlilərə qarşı hücumlarının güclənməsinin ardınca, xüsusilə bu rejimin Fələstin müqavimət qruplarının qərargahının dağıdılması məqsədi ilə İordan çayının qərb sahilinin şimalında yerləşən Cənin şəhərinə təcavüzündən sonra, sionist əsgərlərə qarşı şəhadət əməliyyatlarının sayı artıb.

Sionist rejimin Cənin şəhərinə sərt reaksiyalarla müşayiət olunan son hücumundan sonra 12 fələstinli şəhid olub, 120 nəfər əsir götürülüb, 100 nəfər isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 14 =