Qərb Sahilində yeni şəhidlik əməliyyatı: 3 sionist öldürüldü-Foto

Qərb Sahilində yeni şəhidlik əməliyyatı: 3 sionist öldürüldü-Foto

Bugünkü şəhadət əməliyyatı zamanı sionist qəsəbəsində bir fələstinli gənc şəhid olub, 3 sionist öldürülüb və 3 nəfər isə yaralanıb.

Məlumata görə, bu gün (çərşənbə axşamı, noyabrın 15-i) Fələstin mediası sionist yaşayış məntəqələrinə qarşı yeni əməliyyat və üç sionistin öldürülməsini elan edib.

Bununla belə, İbrani mediası iddia edib ki, iki fələstinli sionistlərin Ariel qəsəbəsində soyuq silahlardan istifadə edərək əməliyyat keçirib və bu əməliyyat zamanı 3 sionist həlak olub, daha 3 nəfər isə ağır yaralanıb.

Sionistlərdən birinin yaralanmasının görüntüləri dərc olunub.

Bu xəbərin dərcindən bir neçə dəqiqə sonra Əl-Məyadin şəbəkəsinin işğal olunmuş Fələstindəki müxbiri bu sionist qəsəbədə iki əməliyyat keçirildiyini və həm təqib, həm də soyuq silahla hücumların eyni şəxs tərəfindən həyata keçirildiyini bildirdi. Bıçaqla edilən hücumdan sonra bu gənc fələstinli qaçmaq əvəzinə, növbəti əməliyyat təşkil edib və maşını bir neçə sionist mühacirin üstünə sürüb.

Fələstin Şahab saytı da bu xəbəri təsdiqləyib və yazıb ki, bu əməliyyatın icraçısı sionist əsgərlər tərəfindən güllələnərək öldürülən Sələfit şəhərinin “Hərs” qəsəbəsindən olan “Məhəmməd Murad Suf” adlı 19 yaşlı fələstinli gəncdir.

Fələstin mediası bu gənc fələstinlinin şəhidlik görüntülərini yenidən dərc edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 15 =