“Qərb strukturlarının Azərbaycandakı seçkilərə dair rəyi qərəzlidir”

“Qərb strukturlarının Azərbaycandakı seçkilərə dair rəyi qərəzlidir”

Rusiya XİN Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrinə münasibət bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı məlumatında deyilir: “Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) monitorinq missiyalarının qiymətləndirmələrinə əsasən, Azərbaycanda seçkilər şəffaf, etibarlı və demokratik, milli qanunvericiliyin tələblərinə uyğun təşkil olunmuş kimi tanınıb”.

Bildirilir ki, qərblilər və onlara bağlı beynəlxalq strukturlar bir daha respublikada gedən demokratik proseslərin real mənzərəsinə uyğun gəlməyən qərəzli və subyektiv qiymətlər veriblər, halbuki seçki hüquqlarının kobud şəkildə pozulması faktı qeydə alınmayıb.

“Rusiya tərəfi xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarımızı təbrik edir. Nəticələr Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş dəstəkdən xəbər verir”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − twelve =