Qərbi azərbaycanlılar hərəkətə keçir: tarixi torpaqlara qayıdışa hazırlıq başladı

Qərbi azərbaycanlılar hərəkətə keçir: tarixi torpaqlara qayıdışa hazırlıq başladı

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Qarabağ probleminin həllindən sonra Prezident düzgün istiqamət götürüb, artıq ermənilərə təzyiqi çoxəsaslı və fundamental yolla icra etməyə keçmişik:

“Bu nöqteyi-nəzərdən, zənnimcə, Prezidentin müəyyən etdiyi hədəflər yerinə yetirilməli, qaldırılmış çox böyük milli məsələnin icrasına başlanılmalıdır. Dövlət başçısının, ermənilərin bu yerlərə gəlmə olduğunu və qədim, əzəli Azərbaycan torpaqlarında öz dövlətlərini qurduğunu xatırlatması, üstəlik, Azərbaycana qarşı yeni ərazi iddialarını əsaslandırmağa çalışmaları fonunda bu məsələni qaldırması çox böyük əhəmiyyətə malikdir”.

Q.Hüseynli İrəvanın tarixini dəyişdirmək və erməniləşdirmək məqsədilə şəhərin arxitekturasını dağıdan, bu məqsədlə milyardlarla pul xərcləyən ermənilərin tariximizə vurduqları zərbəni beynəlxalq səviyyədə təqdim etməyimizin vacibliyini qeyd edib:

“Ermənilərin bu barbarlığını oradakı mədəni irsə təcavüz, tarixən bu ərazilərdə yaşamış xalqın izini itirmək kimi qiymətləndirmək olar. Çünki 1893-cü ildə rusların apardığı siyahıyaalmada göstərilir ki, İrəvan şəhərində ümumi əhalinin 83 faizi azərbaycanlılar olub. Orada bir çox tarixi abidələr var idi. Azı 17-yə qədər məscid olub. Tarixi, mədəni və dini abidələrin hamısını məhv edib, ermənilər izimizi silməyə çalışıblar. Məqsədləri o idi ki, həmin ərazilərdə azərbaycanlıların yaşamadığı haqda təsəvvür yaratsınlar. Amma o ərazilərin, abidələrin fotoşəkilləri var. Üstəlik, tarixi sənədlər var, bütün bunlarla erməni barbarlığını faş etmək üçün bütün istiqamətləri müəyyənləşdirmək olar”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 2 =