Qəribabadi BMT Baş katibinin müavini ilə 2231 saylı qətnamə ilə bağlı məsələləri müzakirə etdi

İranın Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi və BMT Baş katibinin müavini, sionist rejimin və ABŞ-nin İran İslam Respublikasına qarşı təcavüzü, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və onun icrası, o cümlədən bu qətnamədə nəzərdə tutulan mexanizmlərin qorunması və onun siyasi sui-istifadədən qorunmasında BMT Katibliyinin rolu barədə fikir mübadiləsi aparıblar.
Görüşdə hər iki tərəf, ABŞ və sionist rejiminin İran İslam Respublikasına qarşı təcavüzü, 2231 saylı qətnamə ilə bağlı məsələlər və bu qətnamənin necə icra olunmalı olduğu, eləcə də siyasi məqsədlərlə sui-istifadənin qarşısının alınmasında BMT-nin obyektiv və hüquqi yanaşmasının zəruriliyi üzərində dayanıb.
Qəribabadi bu görüşdə Beynəlxalq Atom Enerjisi Agentliyinin dəfələrlə dərc olunmuş hesabatlarına istinad edərək vurğulayıb: “İranın nüvə proqramının hərbi məqsədlərə yönəldiyini göstərən heç bir isənəd bu hesabatlarda yer almayıb.”
O, son 30 ildə sionist rejimin İranın guya nüvə silahı əldə etməyə çalışması ilə bağlı təkrar və əsassız iddialarını rədd edərək bildirib: “İran İslam Respublikası dini və fiqhi prinsiplərə əsaslanaraq heç vaxt kütləvi qırğın silahlarının ardınca getməyib. Halbuki, sionist rejim bu silahlara sahibdir və heç bir beynəlxalq konvensiyaya da qoşulmayıb.”
Qəribabadi, beynəlxalq qurumların mövcud ikili standartlarını tənqid edərək, BMT-nin ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı açıq təcavüzləri ilə bağlı qərəzsiz və təsirli mövqe sərgiləməsinin zəruriliyini vurğulayıb. O deyib: “Dünyanın xalqları BMT baş katibindən bu kimi cinayətlərə qarşı aydın və konkret mövqe tutmasını və onları qınamasını gözləyirlər, təkcə narahatlıq bildirmək və təmkinə çağırmaqla kifayətlənməməlidir.”