Qəribabadi: Sionist rejim beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub

İranın Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi siyasi məsləhətləşmələr aparmaq və BMT Təhlükəsizlik Şurasının iki yüksək səviyyəli iclasında iştirak etmək məqsədilə səfər etdiyi Nyu-Yorkda, bazar ertəsi günü yerli vaxtla, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti xanım Miryana Spolyaris İqer ilə İranın BMT-dəki daimi nümayəndəliyində görüş keçirib.
Görüş zamanı Kazım Qəribabadi sionist rejimin son zamanlar İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirdiyi təcavüzkar hücuma toxunaraq, bu rejimin “özünü müdafiə” bəhanəsini qətiyyətlə rədd edib və onu BMT Nizamnaməsinə zidd, açıq-aşkar yalan və heç bir hüquqi və beynəlxalq əsası olmayan bir iddia kimi dəyərləndirib.
Qəribabadi bildirib ki, işğalçı sionist rejim bu hücum zamanı, nəticədə əksəriyyəti mülki şəxslər olmaqla, təqribən yeddi min nəfər iranlı vətəndaşın şəhid olması və ya yaralanması ilə nəticələnən bir cinayət törədib və bununla da beynəlxalq hüququn bütün tanınmış və əsas prinsiplərini kobud şəkildə pozub.