Qəribabadi: Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələr həm danışıqlar, həm də müharibə zamanı tam koordinasiyalı şəkildə fəaliyyət göstərirdi

Qəribabadi: Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələr həm danışıqlar, həm də müharibə zamanı tam koordinasiyalı şəkildə fəaliyyət göstərirdi

İranın Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi, Avropa üçlüyünün “maşa mexanizmini” işə salmaq təşəbbüsünə toxunaraq bildirib: “Biz bu mexanizmin tətbiqini qəbul etməməliyik. Əksinə, onların bu mexanizmə əl atmasının qarşısını almaq üçün lazım olan addımları atmalıyıq. Lakin bu addımlar onlara güzəşt vermək anlamına gəlmir; məqsəd, bu prosesi dayandırmaq üçün müxtəlif seçimlərin nəzərdən keçirilməsi və istifadə olunmasıdır.”

Kazım Qəribabadi, 13 iyulda İİR Dövlət Televiziyasında yayımlanan “Xüsusi xəbər söhbəti” proqramında çıxış edərək, Xarici İşlər Nazirliyinin 12 günlük müharibə, mümkün danışıqlar və “maşa mexanizmi”nin aktivləşdirilməsi ilə bağlı mövqeyini açıqlayıb.

Nazir müavini, ABŞ prezidenti Donald Trampın İslam İnqilabının Ali Rəhbərinə ünvanladığı məktuba toxunaraq deyib:“O zaman müvafiq qurumlar bildirmişdi ki, bu məktubda iki əsas mövzu qabardılmışdı: nüvə məsələsinin diplomatik yolla həlli və sanksiyaların qaldırılması, digəri isə hərbi tədbirlərlə bağlı idi. Belə bir vəziyyətdə siyasi, diplomatik və hərbi strukturlarımızın eyni anda hazırlıq vəziyyətinə gəlməsi məntiqli idi. Trampın mövqeyi və davranışları ilə bağlı müxtəlif fikirlər olsa da, o, ABŞ prezidentidir və bu mövqelər ciddi qəbul edilməli idi.”

Qəribabadi əlavə edib:“Biz iki cəbhədə zəruri planlamaları həyata keçirdik. Hərbi və müdafiə sahəsində – İslam İnqilabından sonra davamlı təhdidlər səbəbilə, artıq əvvəlcədən bu tip təhlükələrə qarşı hazırlıqlı görülürdü. Lakin bu məktubdan sonra hazırlıq səviyyəsi artırıldı. Eyni zamanda, Xarici İşlər Nazirliyi də ölkənin yuxarı strateji orqanlarının müəyyən etdiyi çərçivədə diplomatik dialoqa hazırlaşdı.”

O, danışıqlar zamanı hərbi əməliyyatın baş verə biləcəyi ehtimalının nəzərə alınıb-alınmadığına dair suala belə cavab verib:“ABŞ prezidenti həmin məktubda 60 günlük bir müddət məsələsini gündəmə gətirmişdi.”

Kazım Qəribabadi, İran nümayəndələrinin danışıqlarda aldadıldığı iddialarına da münasibət bildirib:“Onlar aldatma planları hazırlamış ola bilərdilər, lakin İran İslam Respublikasının danışıqlar masasında əyləşən diplomatlarının aldadıldığını demək, təbii ki, doğru deyil (başqa sözlə ifadə etməsələr belə, bu fikir düzgün deyil). Niyə? Çünki biz daim müxtəlif hazırlıq iclaslarında iştirak edirik. Hər hansı bir danışıqlarda iştirak etməmişdən əvvəl, ya da bir ismarıc göndərməzdən və ya cavab yazmazdan öncə bütün aidiyyəti qurumlarla koordinasiyalı şəkildə hərəkət edirik. Bu səbəbdən burada “aldanmaq” ifadəsi nə məntiqi, nə də ağıllı və doğru bir yanaşma ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 13 =