Qəssam batalyonlarının Fələstin xalqına şad xəbəri: Cenin əməliyyatının son saatlarıdır
HƏMAS hərəkatının hərbi qolu olan Qəssam Batalyonları çərşənbə axşamı verdiyi açıqlamada, əməliyyatları zamanı sionist ordusuna ciddi ziyan vurduqlarını vurğulayıblar.
Mehr xəbər agentliyinin Fələstin mediasına istinadən verdiyi məlumata görə, HƏMAS hərəkatının Cenin düşərgəsindəki hərbi qanadı olan Qəssam batalyonları da bəyanatda vurğulayıblar:
Müqavimət döyüşçülərinin İsrail işğalçılarına qarşı pusqularının Cenin düşərgəsinin küçə və məhəllələrində bu rejimin əsgərləri və texnikasının ağır itkilərinə səbəb olduğunu Fələstin xalqına müjdələyirik.
İslami Cihadın liderlərindən olan Davud Şahab da vurğulayıb: Qüds batalyonları bütün sahələrdə hazırdırlar və lazım olduqda hərəkətə keçəcəklər.
Fələstin Məhbuslar Klubu bəyanat yayaraq elan edib:
Cenin düşərgəsindəki fələstinli ailələrlə əlaqə saxlamaqda çətinlik çəkildiyinə görə və indiyədək məhbusların sayı və onların taleyi ilə bağlı dəqiq statistik məlumat verilmədiyi üçün Cenində məhbusların, xüsusilə də yaralıların taleyindən dəqiq məlumat yoxdur.
Sionist rejim ordusunun sözçüsü elan edib ki, Fələstin rəhbərlərinin Ramullahdakı bəyanatında deyilənlərin əksinə olaraq, bu rejimin Muxtariyyət Təşkilatı ilə təhlükəsizlik əməkdaşlığı davam edir!
Qeyd edək ki, Muxtariyyət Təşkilatının təhlükəsizlik xidmətləri sionist düşmənin Ceninə hərbi hücumundan bir neçə saat əvvəl bu şəhəri tərk edib və fələstinlilərə dəstək üçün heç bir tədbir görməyib.
İvrit Radiosunun müxbiri Karmela Danqur sionist rejimin Daxili Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən Cenindəki hərbi əməliyyatın sona yaxınlaşdığını vurğulayıb.
Sionist Ordu Radiosu elan edib ki, təhlükəsizlik qurumlarının təxminləri Cenindəki hərbi əməliyyatın bu gün başa çatacağına işarə edir.