Qəssam batalyonlarının komandiri: Sionistləri Fələstindən təmizləmək çox çəkməyəcək

Qəssam batalyonlarının komandiri: Sionistləri Fələstindən təmizləmək çox çəkməyəcək

Fələstin İslami Müqavimət Hərəkatının hərbi qolunun baş komandanı HƏMAS-ın yaranmasının ildönümündə sionist rejimə xəbərdarlıq edib və vurğulayıb ki, sionistləri Fələstindən təmizləmək çox çəkməyəcək.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan Əl- Qəssam batalyonlarının baş komandanı Məhəmməd Zeyf bu gün günorta (çərşənbə günü) Fələstin İslami Müqavimət Hərəkatının yaranmasının 35-ci ildönümü münasibətilə Fələstin xalqına mesaj verib.

Əl-Əqsa radiosunun internet saytının məlumatına görə, Əl-Qəssam komandiri deyib:

“Ey xalqımız, ey ümmətimiz, cihadın bütün cəbhələrində öncül olduğunuza gör, xoş halınızsa! Siz ciyərparələrinizi müqavimətə təqdim etdiniz.”

Məhəmməd Zeyf əlavə edib: “Sizə, şəhid ailələrinə, yaralılara, əsirlər və sürgün olunanlara salam olsun, geri addım atmayacağımıza və haqqa qovuşana qədər şəhidlərin yolunu davam etdirəcəyimizə söz veririk.”

HƏMAS hərbi qolunun baş komandanı daha sonra düşmən rəhbərləri və sionist mühacirlər barədə xəbərdarlıq edib və deyib:

“Ey torpaqlarımızda mövcud olan əcnəbilər, sizin şər sionist təfəkkürünəüzün əsasını qoyan ata-bablarınız bizim millətimizin kökünü kəsə və kimliyimizi silə bilmədilər. Siz atalarınızın bacarmadığı şeydə qalib olmaq üçün çox aciz və onlardan daha zəifsiniz.

İşinizin sonu, varlığınızın məhv olması və bizim qənimətimiz torpağımızdan sizi silip-süpürmək olacaq ki, bu da Rəbbimizin vədəsilə inşallah uzun sürməyəcək.

Zeyf sonda deyib: “Bütün bayraqlar birləşsin, bütün cəbhələr toplansın və meydanlar vahid, böyük, şərəfli və müqəddəs məqsəd olan Fələstinin azadlığı üçün hazırlansın.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =