Qəssam batalyonunun sözçüsü: Biz işğalçılara deyirik ki, Fələstin xalqının köçü yalnız işğal olunmuş torpaqlara tərəf olacaq

HƏMAS hərəkatının hərbi qanadının sözçüsü fələstinliləri İsrailin təhdidlərinə məhəl qoymamağa çağırıb və sionist rejimə xitabən deyib: İşğalçılara deyirik ki, xalqımızın köçü indi ancaq sionistlər tərəfindən işğal olunmuş torpaqlara doğru olacaq.
Təsnim Beynəlxalq Xəbər Agentliyinin xəbərinə görə, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə deyib: Düşmən millətimizi yenidən öz torpaqlarından çıxara bilməyəcək qədər zəif və qorxaqdır.
O, əlavə edib ki, bu gün səhərdən etibarən Aşkelona 150 raket, Sədiruta isə 50 raket atdıq, Ben-Qurion hava limanını da hədəfə aldıq.
Qəssamın sözçüsü deyib: Biz millətimizi möhkəm dayanmağa və sionist təhdidlərinə qulaq asmamağa dəvət edirik.
O, vurğulayıb ki, biz işğalçılara deyirik ki, millətimizin mühacirəti ancaq işğal altında olan, hazırda sionistlər tərəfindən işğal olunmuş torpaqlaradır.