Qəssam Briqadalarının Tel-Əvivə raket hücumu

Qəssam Briqadalarının Tel-Əvivə raket hücumu

Qəssam Briqadaları (Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS-ın hərbi qolu) sionist rejimin müharibə nazirinin çıxışı ilə eyni vaxtda Tel-Əvivi bombalayıb.

Mehr xəbər agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, Qəssam batalyonları (Fələstin İslami Müqavimət Hərəkatının hərbi qolu) sionist ordusunun fələstinli mülki vətəndaşlara qarşı törətdiyi cinayətlərə cavab olaraq Tel-Əvivə raket zərbələri endirib.

Qəssam batalyonlarının Tel-Əvivə raket hücumları sionist hərbi nazir Yoaf Qallantın çıxışı ilə eyni vaxtda həyata keçirilib.

Bundan əlavə, Qəssam batalyonları elan ediblər ki, Qəssam döyüşçüləri Qəzzanın şimal-qərbində və cənubunda Qəzza zolağına sızmış düşmən əsgərlərini minaatanlarla hədəfə alıblar.

Bundan əvvəl Qəssam batalyonları işğal olunmuş ərazilərdəki Aşdoda raket hücumu həyata keçirdiklərini bəyan etmişdilər. Qəssam Briqadaları Aşdoda raket hücumunun sionist ordusunun fələstinli mülki vətəndaşları hədəf almasına cavab olduğunu açıqlayıb. Bu raketlər nəticəsində Aşdod və Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrində xəbərdarlıq sirenası səslənib.

Qeyd edək ki, Fələstin müqavimət döyüşçüləri sionistlərin Fələstin xalqına qarşı cinayətlərinə cavab olaraq 7 oktyabr şənbə günündən etibarən Qəzzə zolağından sionist rejimin işğal olunmuş ərazilərdəki mövqelərinə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 11 =